XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » 2 aylıq körpə evdə yanaraq öldü - Anası çöldə idi + dəhşətli fotolar

2 aylıq körpə evdə yanaraq öldü - Anası çöldə idi + dəhşətli fotolar

2 aylıq körpə evdə yanaraq öldü - Anası çöldə idi + dəhşətli fotolar
14-02-2017, 20:31

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub.Bakının Binəqədi rayonundakı dəhşətli yanğınla bağlı bəzi məqamlar aydınlaşıb.

***

Məlumata görə, yanğının baş verdiyi evdə yanaraq ölən Cabbar Cəfərov cəmi 2 aylıq imiş. O, ötən ilin dekabrında doğulubmuş.

Hadisə baş verən anda isə evdə körpə Cabbardan savayı, heç kim yox imiş. Məlum olub ki, 4 uşaqlı ailənin sonuncu övladı olan Cabbarın anası digər uşaqları məktəbdən gətirməyə gedibmiş. Evdə heç kimin olmadığı anda isə bu dəhşətli yanğın hadisəsi baş verib.

Yanğının baş vermə səbəbinə gəlincə, ədə etdiyimiz məlumata görə, hadisə baş verən evdə həm odun, həm də elektrik sobası olub. Yanğının konkret hansı səbəbdən baş verdiyi araşdırılır.


***

Bu gün Bakının Binəqədi rayonunda 2 aylıq körpənin ölümü ilə nəticələnən dəhşətli hadisə ilə bağlı yeni məqamlar üzə çıxıb.Hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Binəqədi rayonunda 3-ü mədən adlanan ərazidə yaşayan ailə hadisənin baş verdiyi evdə kirayədə qalırmış. Hadisənin baş verdiyi evin yaxın ətrafında demək olar ki, qonşu yoxdur. Ən yaxın evlər bir neçə yüz metr uzaqlıqda yerləşir.

Faciənin qurbanı olan Cəfərovlar ailəsi Füzuli rayonundan məcburi köçkün düşübmüş. Qonşulardan bildirilib ki, faciədən sonra qohumları gəlib onları özləri ilə rayon aparıb.
2 aylıq körpə evdə yanaraq öldü - Anası çöldə idi + dəhşətli fotolar
2 aylıq körpə evdə yanaraq öldü - Anası çöldə idi + dəhşətli fotolar
2 aylıq körpə evdə yanaraq öldü - Anası çöldə idi + dəhşətli fotolar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.