XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir

Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir

Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir
16-12-2019, 09:54

Prezident İlham Əliyev oktyabrın 17-də Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən qəsəbədaxili, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait ayrıldığını diqqətə çatdırıb. O, bəzi yerlərdə hələ də torpaq yolların mövcud olmasını xatırladaraq tapşırıb ki, torpaq yollar olmamalı, qəsəbədaxili yollara asfalt vurulmalıdır.

Dövlət başçısının bu tapşırığı, qarşıya qoyduğu vəzifə sadəcə AAYDA rəhbərliyi üçün deyil, bütövlükdə müvafiq qurumlar üçün ciddi mesaj və xəbərdarlıqdır. Lakin təəssüflər olsun ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsinin timsalında bu tapşırıqdan, xəbərdarlıqdan ciddi nəticə çıxarıldığına şahid ola bilmirik.

Mehdiabad qəsəbəsinin mərkəzi yolu ilə Novxanı yolunu birləşdirən “Təzə yol”un bərbad vəziyyətini əks etdirən fotoları hələ avqust ayında sosial şəbəkədə paylaşanda bəzi dostlar icra hakimiyyəti başçısını müdafiə etməyə çalışır, həmin yolun plana salındığını, təmir olunacağını qeyd edirdilər. Bu hadisənin üstündən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ ki, o yolda heç bir iş görülməyib. Yenə də köhnə hamam, köhnə tasdır.

İndi isə Mehdiabad qəsəbəsi daxilindəki Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Səttar Bəhlulzadə, Cabir Novruz, Ceyhun İsmayılov, Sabir Muradov, Şahin Həsənov, Asif Ağakişiyev, N.Orduxanov, G.Mehrəliyev, Z.Həbibov küçələrinin, həmçinin “Günəş” Təhsil Mərkəzinin arxasındakı naməlum küçənin, Məscidin arxasındakı xeyir-şər evinin önündən keçən yolun “mənzərəsini” sizlərə təqdim edirəm. Bəzi küçələrin adını çox çətinliklə dəqiqləşdirmişəm. Çünki, heç bir yerdə həmin küçənin adı qeyd edilməyib. Bu reallıqları görmək üçün şənbə günü qəsəbə daxilində 20-30 dəqiqə vaxt sərf edib küçə-küçə gəzməyim kifayət etdi. Amma əlahəzrət icra başı və onun yerli nümayəndələri illərdir bu vəziyyəti “görə bilmirlər”.

Həmin o dınqılı məmurlar icra başçısının keçirdiyi görüşlərə də belə real vəziyyəti deyəcək sakinləri deyil, ütülü kostyumda, köynəkdə tərif deyənləri aparırlar ki, sağlıq söyləyib çəpik çalsın, daha həllini gözləyən problemlərlə əlahəzrətniçanı narahat etməsin. Özünüz baxın və qiymət verin...
Demokrat.az
Saleh Məmmədov Prezidentin tapşırıqlarını hələ də icra etmir


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.