SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir

Tarix:

12-12-2019, 18:28

/ 1 909 dəfə oxundu.
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti 12 dekabr 2019-cu il tarixində ölkəmizə işgüzar səfərə gəlmişdir.
Məlumdur ki, uzun illərdən bəri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Bakı şəhəri ilə Həştərxan vilayəti arasında sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur və sözügedən əlaqələr gündən günə genişlənir. Azərbaycan dövlətinin, eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilmiş və bu işlər bu gün də davam etdirilir.
Dekabrın 12-də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizə işgüzar səfərə gələn Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru cənab İ.Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində, X.R.Ulutürk küçəsində inşa edilən Həştərxan İş Mərkəzinin tikintisinə baxış keçirmiş, inşaat işlərinin gedişatı ilə tanış olmuş, fikir və rəylər dinlənilmişdir.
Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru cənab İ.Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti lə birlikdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Aşıq Molla Cümə küçəsində yerləşən "Bakı-Həştərxan dostluğu" parkına gəlmiş, burada insanların səmərəli istirahəti üçün yaradılan şəraitlə tanış olmuşlar.
Xatırladaq ki, Bakının Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında daima inkişaf edən dostluq əlaqələrinin rəmzi olaraq salınan “Bakı-Həştərxan dostluğu” parkı və parkda ucaldılan “Bakı-Həştərxan Dostluq” abidəsinin açılışı 2013-cü ilin oktyabr ayında olmuşdur. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, fəvvarələr, müasir işıqlandırma sistemi, oturacaqlar və uşaqlar üçün əyləncə qurğuları quraşdırılmışdır.
Qonaqlar sakinlərin sevimli istirahət məkanına çevrilən parkı gəzərək burada yaradılan gözəl şəraitdən məmnun qalmışlar.
Daha sonra qonaqlar rayon ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət etmiş, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad etmişlər. Sahəsi 11 min 220 kvadratmetr olan ərazidə inşa olunan, müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, arasında müxtəlif xalqların nümayəndələrinin də dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi barədə məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sözügedən kompleksin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını vurğulamışdır. O, bu günlərdə burada 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Məbədi tarixi-memorial kompleksində ümumi Qələbəyə əvəzolunmaz töhfəsini vermiş sovet əsgərlərinin dəfn olunduğu yerlərdən götürülmüş torpaq nümunələrinin götürülməsi mərasiminin keçirildiyini də qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab A. Fərzəliyev həmçinin tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildirmişdir.
Həştərxan vilayətinin nümayəndə heyəti tərəfindən “Bakı-Həştərxan dostluğu” parkında və “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin ərazisində iki ölkə arasındakı dostluq münasibətlərinin simvolu olaraq ağaclar əkilmişdir.
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir



Şərhlər

XƏBƏR LENTİ