SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda marşrut böhranı yaşanır - GİLEY

Bakıda marşrut böhranı yaşanır - GİLEY

Tarix:

9-12-2019, 16:11

/ 720 dəfə oxundu.
Bakıda marşrut böhranı yaşanır - GİLEY

Paytaxtda 96 nömrəli marşrut xəttindən narazılıqlar durmadan artır. Bu marşurut xəttindən günün istənilən vaxtında, istənilən dayanacqda gileylənən vətəndaşlara rast gəlmək olar.

İntervalın həddindən artıq uzun olması, 10 dəqiqələrlə gecikmələr, gecikmələr olduğu üçün sürücülərin avtobusun tutumundan çox sərnişin götürməsi, ən əsası isə sürücülərin qeyri-mədəni rəftarı, demək olar ki, hər gün bu marşrut xəxttindən istifadə edən şəhər əhalisi ilə sürücülər arasında qalmaqallara səbəb olur.

Elə bu gün də AYNA əməkdaşı sözügedən problemin təkrarlanmasına şahid olub. Belə ki, şəhərin “Şamaxinka” adlanan hissəsində 96 nömrəli marşrut xətti üçün ayrılmış dayanacaqda sərnişinlər həmin marşrutun gəlməsi üçün 1 saata yaxın müddətdə gözləməli olublar. Avtobus gəldikdən sonra da dayanacaqda gözləyən sərnişinlərlə sürücü arasında qarşıdıruma baş verib.

96 nömrəli marşrut xəttinə məsul olan “Xaliq Faiqoğlu” şəhərdaxili sərnişindaşıma şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev AYNA-ya açıqlamasında baş verənlərə münasibət bildirib. Deyib ki, yağışlı hava şəraitində belə problemlərə rast gəlinir.

“Yağıntılı hava şəraitində Bakı şəhərinin əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı və tıxac müşahidə edilir. Bu gün səhər müşahidə edilən yağıntılı hava şəraiti bir çox marşrut xətləri kimi 96 saylı xəttin də intervalına mənfi təsir göstərib və müəyyən gecikmələr qeydə alınıb. Artıq xətt üzrə avtobusların normal qrafiklə hərəkəti təmin edilib”, - deyə N.Rzayev vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ