XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şahin Mustafayevə yeni vəzifə verildi

Şahin Mustafayevə yeni vəzifə verildi

Şahin Mustafayevə yeni vəzifə verildi
7-12-2019, 18:11

Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən Şahin Mustafayev Komissiyanın sədri təyin edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.