SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hökumətdən yol hərəkəti ilə bağlı komissiyanın tərkibində - Dəyişiklik + SİYAHI

Hökumətdən yol hərəkəti ilə bağlı komissiyanın tərkibində - Dəyişiklik + SİYAHI

Tarix:

31-08-2019, 13:41

/ 981 dəfə oxundu.
Hökumətdən yol hərəkəti ilə bağlı komissiyanın tərkibində - Dəyişiklik + SİYAHI

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

Siyahı aşağıdakı redaksiyada təsdiq olunub:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş Nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

Komissiyanın üzvləri:

Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri

Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

Fövqəladə Hallar nazirinin birinci müavini

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Səhiyyə nazirinin müavini

Təhsil nazirinin müavini

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəqliyyatda daşımalar və yol hərəkətinin təşkili kafedrasının müdiri

Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi.

Qeyd edək ki, sözügedən qaydalar 3 mart 1994-cü ildə baş nazir Surət Hüseynov tərəfindən təsdiq olunub.

Şərhlər

XƏBƏR LENTİ