XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Bu sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir" - Prezident İlham Əliyev

"Bu sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir" - Prezident İlham Əliyev

"Bu sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir" - Prezident İlham Əliyev
4-12-2019, 18:10

"Hacıqabul rayonunun potensialının inkişafı üçün mənim göstərişimlə Hacıqabul Sənaye Zonası yaradılır. Bu zonanın böyük potensialı olacaq və orada xüsusi güzəşt rejimi tətbiq olunacaq. Bilirəm ki, sahibkarlar tərəfindən də bu, yüksək qiymətləndirilir”.

Bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Belə təcrübə artıq var – Sumqayıtda, Neftçalada, Masallıda və Mingəçevirdə sənaye zonaları yaradılıb və yaradılır. Ona görə də, bu sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir”, - deyə o, qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir: “Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu il biz rekord göstəriciyə nail olmuşuq. Taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner olub. Hesab edirəm ki, bu, son illər ərzində ən yüksək nəticədir, daha da artacaq.

Pambıqçılıqda isə hələ ki, yığım başa çatmayıb, az qalıb, amma artıq hər hektardan 29 sentner pambıq götürmüşük. Pambıqçılar yaxşı bilirlər ki, Azərbaycan tarixində cəmi 3-4 il pambıqçılıqda məhsuldarlıq 30 sentnerə yaxın və yaxud ondan çox olub. Onlardan biri də 2019-cu ildir. Ona görə də, kənd təsərrüfatı, bu xüsusilə Hacıqabul rayonuna aiddir, inkişaf etməlidir”.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.