SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı məktəbində şok: - direktor və müəllimlər yoxa çıxdı

Bakı məktəbində şok: - direktor və müəllimlər yoxa çıxdı

Tarix:

2-12-2019, 14:05

/ 828 dəfə oxundu.
Bakı məktəbində şok: - direktor və müəllimlər yoxa çıxdı

Paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyəti dərs saatlarında məktəbi tərk ediblər.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, bu gün məktəbə gedən şagirdlər geri qayıdıblar:

“Müəllim kollektivi kitab-dəftərlərini yığaraq, məktəbi tərk edib. Bunu görən şagirdlər də geri qayıdıblar. Valideynlər çox narahatdır. Direktora zəng edəndə bildirib ki, "Təhsil Nazirliyinin bundan xəbəri var, şikayət etməyin”.

Məsələ ilə bağlı Laçın rayon 35 saylı orta məktəblə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qalıb.

Şərhlər

XƏBƏR LENTİ