Gəncə şəhəri 18 saylı orta məktəbdə qanunsuz kitab satışı- ŞİKAYƏT
Gəncə şəhəri Nizami Aydın adına 18 saylı tam orta məktəbdə şagirdlərə məcburi kitab satışı həyata keçirilir.
Bunu redaksiyamıza ünvanladıqları müraciətdə övladları həmin məktəbdə təhsil alan valideynlər bildiriblər. Onların sözlərinə görə, məktəbin direktoru Mətanət Rzayeva “Gəncəbasar” qəzetinin baş redaktoru Nüşabə Məmmədovanın müəllifi olduğu kitabı almaq üçün şagirdləri məcbur etdirir: “Sinif rəhbərlərinə norma qoyulub, hər kəs o normanı şagirdlərə satmalıdır. Kitab varlı ailələrin uşaqlarına 15 manata, kasıb ailələrin uşaqlarına güzəştlə(?) 10 manata satılır. Almayan uşaqlar gözümçıxdıya salınır. Eyni zamanda öz normasını sata bilməyən müəllimlərə də təzyiq edilir, vəsaitin onların əməkhaqqından tutulacağı deyilir. Nəticədə isə müəllimlər hər cür təzyiq vasitəsindən istifadə edərək şagirdlərin kitabı almasına nail olmağa çalışırlar”.
Valideynlər bildirirlər ki, direktor M.Rzayeva ümumiyyətlə məktəbi bazara çevirib: “Bu, birinci kitab deyil ki, direktor məcburi satdırır, əvvəllər də bu cür hallar olub. Artıq boğaza yığıldığımız üçün məsələni ictimailəşdirməyi qərara aldıq. Həm də qarşıdan seçkilər gəlir və hesab edirik bu, birbaşa prezidentə qarşı xəyanətdir. Ümid edirik ki, aidiyyəti orqanlar lazım olan tədbirləri görəcəklər”.
Məlumat redaksiyamıza gec saatlarda daxil olduğu üçün Gəncə şəhəri 18 saylı tam orta məktəbə etdiyimiz zənglər cavabsız qaldı.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
AFN.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək