SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA

Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA

Tarix:

26-11-2019, 17:55

/ 780 dəfə oxundu.
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulun “Amerikan Xəstəxanası”nda davam edir.

Heydər Əliyev Fondundan Modern.az-a verilən məlumata görə, “Avrasiya Xəstəxanası”nda aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin “Amerikan Xəstəxanası”na yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Fonda müraciət edib. Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunub və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, “Amerikan xəstəxanası”na yerləşdirilib.
“Amerikan xəstəxanası”nda Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.

Heydər Əliyev Fondundan verilən məlumata görə, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən, müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir. Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən, Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək, ailəyə müvafiq köməklik göstərir.

Qeyd edək ki, Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva onun Türkiyədə müalicəsinə göstərilən dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Şərhlər

XƏBƏR LENTİ