SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gəncədə istiqlal şairinin xatirə lövhəsi yoxa çıxıb

Gəncədə istiqlal şairinin xatirə lövhəsi yoxa çıxıb

Tarix:

18-11-2019, 13:52

/ 749 dəfə oxundu.
Gəncədə istiqlal şairinin xatirə lövhəsi yoxa çıxıb

Azərbaycanın istiqlal şairi, maarifçi, Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi yoxa çıxıb.
Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tarixi binanın fasadı 2017-ci ildə şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilərkən xatirə lövhəsi götürülüb. Və həmin müddətdən bu günə qədər lövhə öz yerinə qaytarılmayıb.

Əsərləri dövlət varidatı elan edilən, repressiya qurbanı olan şair Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədə bu evdə yaşamışdır. Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazmışdır.

Ümid edirik ki, Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Əhməd Cavadın xatirə lövhəsinin bərpası ilə bağlı məsələyə aidiyyatı qurumlar tərəfindən ölçü görüləcək.

Bia.az

Şərhlər

XƏBƏR LENTİ