Gəncədə Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxdı
Gəncədə İstiqlal şairi Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxıb.
"GancaPost.info" saytına istinadla xəbər veririk ki, Azərbaycanın istiqlal şairi, maarifçi, Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi yoxa çıxıb.
Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tarixi binanın fasadı 2017-ci ildə şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilərkən xatirə lövhəsi götürülüb. Və həmin müddətdən bu günə qədər lövhə öz yerinə qaytarılmayıb.
Əsərləri dövlət varidatı elan edilən, repressiya qurbanı olan şair Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədə bu evdə yaşamışdır. Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazmışdır.
Ümid edirik ki, Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Əhməd Cavadın xatirə lövhəsinin bərpası ilə bağlı məsələyə aidiyyatı qurumlar tərəfindən ölçü görüləcək.
P.S. Mövzunu diqqətdə saxlayacağıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...