SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məktəbin vəsaitini mənimsəyən direktora CƏZA KƏSİLDİ

Məktəbin vəsaitini mənimsəyən direktora CƏZA KƏSİLDİ

Tarix:

9-11-2019, 13:22

/ 831 dəfə oxundu.
Məktəbin vəsaitini mənimsəyən direktora CƏZA KƏSİLDİ

Mənimsəmədə təqsirləndirilən məktəb direktoru Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BakuPost.az-ın məlumatına görə, Laçın rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Məmmədov 4 min manat cərimələnib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində onun barəsində hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S. Məmmədov Laçın rayon 37 saylı məktəbin direktoru olub. O, direktoru olduğu dövrdə ümumilikdə 8 min manatdan çox məbləği vəzifəsindən istifadə edərək mənimsəyib. İstintaq və məhkəmə dövründə o, dəymiş ziyanı ödəyib. İş üzrə zərərçəkən Təhsil Nazirliyi tanınıb.

Şərhlər

XƏBƏR LENTİ