XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...

Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...

Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
16-04-2021, 13:03

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilən Fazil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. İbrahimovun barəsində ittiham öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, F. İbrahimov 3kq 200 qram marixuana ilə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.