SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ADAU – nun müasir təhsil sistemi pərdə arxasından necə görsənir?

ADAU – nun müasir təhsil sistemi pərdə arxasından necə görsənir?

Tarix:

7-11-2019, 13:57

/ 1 307 dəfə oxundu.
ADAU – nun müasir təhsil sistemi pərdə arxasından necə görsənir?

Zaqafqaziyanın kənd təsərrüfatı sahəsində ən böyük elm-təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin əvvəlki şöhrətini özünə qaytarmaq üçün mübarizə aparanların səyləri nədənsə neçə illərdir puça çıxmaqdadır. .Bu ali təhsil ocağına rəhbərliyə təyin olunanınların hər biri yenilik etmək adı altında müxtəlif qaranlıq işlərlə məşğul olurlar. 2008-ci ilin no­yabrından 2013-cü il fevralına qədər Azərbaycan Dövlət Aqra Universitetində rektor işləmiş Mirdamət Sadıqov da universitetin adını dəyişməkdən başqa heç nə ilə yadda qalmadı. O, da işlədiyi dövrdə universitetdə əsas­lı tikinti-quraşdırma və abadlıq işləri həyata keçirilmiş, uni­ver­si­tetin beynəlxalq əlaqələri genişlənmişdi. Eyni İşləri 2013 -cü ildən sonra İbrahim Cəfərov da həyata keşirir. Amma başa çatdıra bilmir ki,bilmir. Çünki böyük bir təhsil müəsisəsidir. Bura tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri ilə bərabər arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, kitabxana, 7 fakültə və 30 kafedranın fəaliyyət göstərdiyi bir Ali təhsil ocağıdır. Burada hər şeyi pafoslu çıxışlarla deyil əməldə göstərmək lazımdı. Bəhram Xəlilov, Məmmədtağı Cəfərov kimi elm xadimlərinin qurub yaratdıqlarını bu gün yeniləməyə çalışanlar əslində nə edirlər?

Məlumatlara görə bu gün aqrar universitetdə heç də aqrar sahədə bacarıqlı kadrlar yetişdirmək məsələsinin qayğısına qalınmır. İbrahim Cəfərov bir rektor olaraq gah siyasətə qarışaraq öz keçmişindən heç kimin xəbəri yoxuymuş kimi köhnə palan içi tökür, gah da universitetin köhnə şöhrəti ətrafında yeni gəlişmələr edir. İş o yerə çatıb ki,bir rektor olaraq İbrahim Cəfərov məcbur olub facebookda pafoslu statuslar vasıtəsi ilə gəncləri baytar olmağa çağırır. Bu bir rektor tərəfindən nə dərəcədə düzgün olan bir çagırışdır? Bu çağırış universitetdəki digər fakultələrin lazımsız olduğu anlamına gətirmirmi? Bu çağırış universitetdə aqronomluq, aqrotexnologiya, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə kimi fakültələrdə təhsil alanlara seçimlərinin yanlış olduğunu düşünməyə əsas vermirmirmi?

Aktualinfo.org-a Gəncədən veilən məlumatlara görə İbrahim Cəfərov rektor təyin edildikdən sonra ADAU-da özünəməxsus “ənənələr”in əsasını qoyub. Qeyd edək ki, bu ənənə 2013-cü ildən başlayaraq İbrahim Cəfərov tərəfindən uğurla davam etdirilməkdədir. Redaksiyamıza verılın məlumatlarda daha çox diqüqət çəkən məqam Aqrar Universitetin təcrübə stansiyalarının fəaliyyətidir. Elmi tədqiqat məqsədi ilə yaradılmış bu stansiyalarda elmi tədqiqatlardan başqa bütün işlərin baş verdiyini bildirən mənbənin sözlərinə görə hazırda Universitetin Elmi işlər üzrə Prorektor vəzifəsi boşdur və İbrahim Cəfərovun rəhbərliyə gəlməsindən sonra ən azı beş prorektor dəyişdirilib. Sual oluna bilər. Elmi İşlər üzrə prorektorlar universitetdə nə üçün tez tez dəyişdirilir? Xahiş edərdik rektor İbrahim Cəfərov bu problem üzərində düşünsün və bu sulımıza cavab versin.

O ki qaldı Universitetin Tədris -təcrübə təsərrüfatlarına. burada da söylənilənlərlə görsənənlər arasında fərqli mənzərələr var.Məsələn Universitetin istixana komplekslərində tədris və elmi-tədqiqat məqsədilə ilin bütün dövrlərində müasir texnologiyalar əsasında becərilən müxtəlif kənd təsərrüfatı məhsulları güzəştli qiymətlərlə tələbə yataqxanasının kafesinə deyil bazarlara çıxarılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” layihəsi çərçivəsində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması üçün nəzərdə tutulmuş kompleksin yaradılmasında da məlumatlara görə şübhəli məqamlar var və rektorun buradan külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına yol verdiyi bildirilir. Maraqlıdır bütün bunların hamısı islahatçı nazır İnam Kərimovun ciddi cəhdlə Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı atdığı addımlarala nə dərəcədə üst-üstə düşür? Bunları İnam Kərimovun özündən də soruşmaq istərdik.

Bütün bunlar azmış kimi bu günlərdə universitetin adı başqa bir qalmaqllı hadisədə hallandırıldı. Universitetdə çalışan,lakin hələlik adlarını hallandırmaq istəmədiyimiz dekanlar tərəfindən saxta diplom hazırlandığ barədə yayılan məlumatlara rəsmi orqanlar tərəfindən münasibət bildirilməyib. Amma qeyd edək ki, Gəncə Dövlət Universitetində də analoji hallar yaşanmışdı və Universitet rəhbərliyi ciddi cəhdlə faktları inkar edirdi.. Bu günlərdə Respublika prokurorluğunun yaydığı rəsmi məlumatlar mətbuatın illər öncə işıqlandırdığının həqiqət olduğunu üzə çıxardı. İndi də Aqrar Universitetdə bu kimi hallara yol verilməsi barədə yayılan məlumatlar gizlədilir.Bu da rektor İbrahim Cəfərovun səyləri sayəsində. Amma nə vaxta qədər, bəlli deyil. Yəqin daim cənfəşanlıq etdiyi naziri İnam Kərimovun xəbəri olana qədər.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ