SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….? - QALMAQAL

Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….? - QALMAQAL

Tarix:

27-11-2019, 14:33

/ 2 109 dəfə oxundu.
Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….? - QALMAQAL

Son günlərdə Aktualinfo.org xəbər portalında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilmişdir. Bununla əlaqədar bildiririk ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır. “ADAU – nun müasir təhsil sistemi pərdə arxasından necə görsənir? ” başlıqlı yazıda rektor İbrahim Cəfərovun facebook səhifəsində aqrar təhsilin gənclər arasında təbliği, bununla da gənclərin aqrar təhsilə marağının artırılması məqsədilə təşviqedici çağırışlar etməsinin “düzgün hesab edilməməsi” absurddur və müasir jurnalistikanın tələbələri ilə üst-üstə düşmür.

ADAU-da elmi işlər üzrə prorektor vəzifəsinin boş olduğunu (halbuki elmi işlər üzrə prorektor cari ilin sentyabr ayından təyin olunub), təcrübə stansiyalarının (bəlkə mərkəzlərin, laboratoriyaların) qeyd olunması kimi məsələlər bütövlükdə universitetdə baş verən proseslərdən, tədrisdən, elmi tədqiqat işlərindən, maddi-texniki bazanın ən müasir tələblərə uyğun yenidən qurulmasından xəbərsizliyin göstəricisidir.

Bundan başqa, yazıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kimi təqdim olunması, universitetdə hazırda mövcud olmayan qiyabi təhsil şöbəsinin, distant və əlavə təhsil şöbəsinin olmasının, 6 əvəzinə 7 fakültəsinin göstərilməsi də yazarın köhnə təfəkkürünün “məhsulu” kimi qiymətləndirilir.

Ən müasir tələblərə uyğun, tamamilə yenidən qurulmuş, tələbələrin praktik vərdişlərinə, sahəvi dərslərin keçirilməsinə xidmət göstərən tədris-təcrübə təsərrüfatında istehsal olunan məhsulların qeyri-qanuni yolla satışı, dekanlar tərəfindən saxta diplom hazırlanması kimi əsassız iddialar da əsassızdır və universitetin nüfuzuna xələl gətirmək məqsədi daşıyır.

Gündəlik mətbuatdan universitetdə gedən prosesləri, onun beynəlxalq əlaqələrini izləmədən (və ya izləyərək nəzərə almadan) yazıların verilməsi, Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən göndərilən xəbərlərin saytınızda yerləşdirilməməsi də qərəzli mövqeyin göstəricisidir. Misal olaraq göstərmək olar ki, dünən ABŞ-da Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab İnam Kərimovun iştirakı ilə ADAU və Oklohoma Dövlət Universiteti arasında anlaşma memorundunun imzalanması kimi mühüm xəbəri nəzərə almamağınız qeyd olunanları bir daha sübut edir. (https://azertag.az/xeber/1352378)

Bir daha nəzərinizə çatdırırıq ki, Azərbaycan Dövlət Aqrar Universiteti haqqında bu kimi böhtan xarakterli yazıların verilməsi yazarın özünün və çalışdığı orqanının reputasiyasına mənfi təsir göstərməklə, təhsil müəssisəsinin işgüzar nüfuzuna zərbə vurmaq məqsədi daşıyır, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsipləri ilə ziddiyyət təşkil edir, məlumatların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayımlanır.

Azərbaycan Dövlət Aqrar Universiteti dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmaqla, onun fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyinin düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin prinsiplərinə əsaslanır.

Yuxarıda göstərdiklərimiz Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən hazırlanıb və “Aktualinfo.org” onlayn qəzetdə sözügedən Universitetin rektoru barədə yaydığımız məlumatlara cavab xarakteri daşıyır. Aktaulinfo.org yuxarıda göstərilənlərə cavab olaraq bildirir ki rektor İbrahim Cəfərovun facebook səhifəsindəki statusları tək Aktualinfo.org-un yox, demək olar ki, Azərbaycanda ən aparıcı Kütləvi İnformasiya Vasitələri orqanlarının həmin dövrdə manşetinə çevrilmişdi. Digər tərəfdən hörmətli İbrahim Cəfərova və onun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdirinin nəzərinə çatdırmaq istərdik ki,məqalədə göstərilən səhvləri bizdə,mətbuatda deyil özlərində axtarsınlar.Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kimi təqdim etməyimiz bizim deyil, Universitetin səhvidir. Mətn tərəfimizdən Universitetin elektron portalı olan www adau.edu.az saytından götürülmüşdür. Saytda Unuversitetin tədris işləri üzrə prorektoru,,təsərrüfat işləri üzrə prorektoru, və tərbiyə işləri üzrə prorektor vəzifəsini daşıyanların barəsində məlumatlar yerləşdirlsə də elmi işlər üzrə prorektorun varlığı barədə nə üçün məlumatlar yerləşdirilməyib? Aktualinfo.org-a verilən məlumatlara görə elmi işlər üzrə prorektor son illərdə bir neçə dəfə dəyişdirilib. Bəlkə bu elmi işlər üzrə prorektor da tezliklə tutduğu vəzifədən kənarlaşdırılacaq? Onun barəsində məlumatlar bəlkə ona görə yerləşdirilməyib? Digər tərəfdən,Universitetin rəsmi saytında yeniliklərin aparılmaması rektor tərəfindən idarəetmənin zəif təşkil edildiyini göstərmirmi? “Yeni təfəkkürlü” Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdirinə bir daha xatırlatmağı borc bilirik fakültələrin sayının 6 deyil 7 göstərməyimizin də baiskarı məhz sizsiniz. Ondan xahiş edərdik ki,rektor İbrahim Cəfərovla birgə www adau.edu.az saytının TƏHSiL SİSTEMİ bölməsini diqqətlə oxusunlar və sonra kimi isə köhnə təfəkürlülükdə günahlandırsınlar. Sonda ADAU və Oklohoma Dövlət Universiteti arasında anlaşma memorundunun imzalanması ilə öyünən rektorun diqqətinə çatdırmaq istərdik ki, tələbələri baytar olmağa çağırmaqdansa universitetin saytında yenikliklər etməyə göstəriş versin. Axı Oklohomoa Universitetindən müasir texnoloğiyalarla təchiz olunmuş bir təhsil ocağıdır və ADAU-nin rəsmi portalında yerləşdirilmiş yalan məlumatlar qoy onlar da görməsinlər.

“Hazırda Universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, əsaslı kitabxana, elektron kitabxana, mətbəə və “Aqrar mütəxəssis” qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə), 31 kafedra, o cümlədən: aqronomluq fakültəsinin tərkibində 6 kafedra (“Ümumi əkinçilik, genetika və seleksiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Bitkiçilik və bitki mühafizəsi”, “Bağçılıq”, “Ekologiya mühəndisliyi və meşəçilik” və “Biologiya”), aqrotexnologiya fakültəsinin tərkibində 4 kafedra (“Qida məhsulları mühəndisliyi və ekspertiza”, “Yerquruluşu və meliorasiya”, “Dizayn” və “Kimya”), baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tərkibində 4 kafedra (“Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası”, “Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası”, “Yoluxmayan xəstəliklər”, “Epizootologiya, mikrobiologiya və parazitologiya”), mühəndislik fakültəsinin tərkibində 5 kafedra (“Kənd təsərrüfatı texnikası və yerüstü nəqliyyat vasitələri”, “Maşın mühəndisliyi və standartlaşdırma”, “Meliorasiya tikintisi və texniki servis”, “Texniki mexanika və qrafika” və “Həyat fəaliyyətinin təhlükəsizliyi”), elektroenergetika və informasiya texnologiyaları fakültəsinin tərkibində 5 kafedra (“Fizika və riyaziyyat”, “Elektrik mühəndisliyi”, “Energetika”, “İnformasiya texnologiyaları və sistemləri” və “Dillər”), aqrar iqtisadiyyat fakültəsinin tərkibində 3 kafedra (“Aqrar siyasət və dünya iqtisadiyyatı”, “Maliyyə və iqtisadi nəzəriyyə”, “Azərbaycan tarixi, fəlsəfə və hüquq”), Aqrobiznes və idarəetmə fakültəsinin tərkibində 3 kafedra (“Aqrobiznesin təşkili və idarə edilməsi”, “Mühasibat uçotu və audit”, “Menecment və aqrar marketinq”) fəaliyyət göstərir.!



Müasir Heyvandarlıq Kompleksi
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müasir heyvandarlıq kompleksi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” layihəsi çərçivəsində yaradılıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən, 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması üçün nəzərdə tutulmuş kompleksdə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərinin əyani şəkildə həyata keçirilməsi hər cür şərait mövcuddur. Hər il mütəxəssislərin iştirakı ilə heyvanlar üçün hazırlanmış yem rasionuna uyğun yem tədarük olunur. Kompleksdə maldarlıq tədris mərkəzi, südün ilkin emalı, yem sexi, yem anbarı, su anbarı, sinif otağı, atçılıq tədris mərkəzi, heyvanların gəzintisi üçün meydança mövcuddur.

Fermada istehsal olunan ekoloji cəhətdən təmiz süd məhsulları alıcılara təklif olunur.

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 214.

Tel: 055-224-90-54

Düzəlişlər harada olmalıdır, İbrahim Cəfərov, ADAU-da yoxsa….? - QALMAQAL



Şərhlər

XƏBƏR LENTİ