SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mübariz Mənsimov Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürdü

Mübariz Mənsimov Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürdü

Tarix:

2-11-2019, 15:47

/ 952 dəfə oxundu.
Mübariz Mənsimov Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürdü

Bir neçə gün öncə avtomobilin vurması nəticəsində ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyevin əməliyyatı üçün müəyyən məbləğ tələb olunurdu
Bu gün Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov əməliyyat üçün yardım edəcəyini açıqlayıb.

Mübariz Mənsimov bildirib ki, hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə çalışmasından asılı olmayaraq.

''Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənilməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!''

Şərhlər

XƏBƏR LENTİ