SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Diasporla İş üzrə Dövlət Komitəsi Miqrasiya Xidməti ilə birləşdirilə bilər?-TƏKLİF

Diasporla İş üzrə Dövlət Komitəsi Miqrasiya Xidməti ilə birləşdirilə bilər?-TƏKLİF

Tarix:

24-10-2019, 23:57

/ 1 242 dəfə oxundu.
Diasporla İş üzrə Dövlət Komitəsi Miqrasiya Xidməti ilə birləşdirilə bilər?-TƏKLİF

“Diasporla İş üzrə Dövlət Komitəsi ilə Dövlət Miqrasiya Xidmətinin birləşdirilməsi labüddür. Məsələn, İnteqrasiya və Miqrasiya Məsələləri Dövlət Komitəsi adlana bilər”.

Bu sözləri diaspor məsələləri üzrə tanınmış ekspert Yəhya Babanlı Prezident İlham Əliyevin islahat siyasəti haqqında danışarkən deyib. Onun sözlərinə görə, nteqrasiya və miqrasiya anlayışında həm diaspor, həm də lobbi vardır: “Daxili və xarici miqrasiya proseslərinə nəzarət etmək imkan verər ki, ölkənin daxilindəki icmaların, diasporların fəaliyyəti izlənilsin, xaricdəki Azərbaycan icmalarının inteqrasiyası, diasporunun inkişafı kordinasiya edilsin”.

Y.Babanlı qeyd edib ki, dünya diaspor məfhumuna artıq ikili standartlarla yanaşır: bu fenomeni etnik və milli ayrı-seçkilik kimi sırımaq istəyir: “Bu xoşagəlməz yanaşmadan qaçmaq lazımdır.
Eyni zamanda, qarşıya qoyulan məqsədi və hazırki görülən işləri hüquqi cəhətdən kompleks əhatə edə bilər. Hətta, bura Dövlət Turizm Agentliyini də əlavə etmək mümkündür”.

Şərhlər

XƏBƏR LENTİ