SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək - İLGİNC İDDİA

Bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək - İLGİNC İDDİA

Tarix:

20-05-2021, 09:01

/ 803 dəfə oxundu.
Bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək - İLGİNC İDDİA

Azərbaycan hökumətində ciddi struktur dəyuşikliyi gözlənilir. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, Nazirlər Kabinetinin tərkibinə daxil olan 31 subyektdən (17 nazirlik, 7 dövlət komitəsi, 7 dövlət xidməti və agentliyi) bəzilərinin ləğvi, bəzilərinin isə başqa qurumlara birləşəcəyi gözlənilir.

Hazırda Nazirlər Kabinetinin tərkibi aşağadakı kimidir:

Daxili İşlər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Energetika Nazirliyi
Ədliyyə Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Gənclər və İdman Nazirliyi
Xarici İşlər Nazirliyi
İqtisadiyyat Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Maliyyə Nazirliyi
Mədəniyyət Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Səhiyyə Nazirliyi
Təhsil Nazirliyi
Dövlət komitələri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dövlət Gömrük Komitəsi
Dövlət Statistika Komitəsi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Dövlət şirkətləri və dövlət xidmətləri

Dövlət Miqrasiya Xidməti
Dövlət Sərhəd Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti
Xarici Kəşfiyyat Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Qida Təhlükəsizliyi Agentliyi
Dövlət Turizm Agentliyi
İstiqlal.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi, səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi, Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilməsi, Miqrasiya və Sərhəd Xidmətlərinin Təhlükəsizlik Xidmətinin tabeçiliyinə verilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tabeçiliyinə verilməsi, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi nəzərdə tutulur.

Ümumiyyətlə struktur islahatları nəticəsində Nazirlər Kabinetinin tərkibinə daxil olan subyektlərin sayının 25-ə qədər azaldılacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ