SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xırdalandakı 10 saylı məktəbdə qanun pozuntuları

Xırdalandakı 10 saylı məktəbdə qanun pozuntuları

Tarix:

24-10-2019, 14:17

/ 957 dəfə oxundu.
Xırdalandakı 10 saylı məktəbdə qanun pozuntuları

Sovet dövründə tərbiyə ilə bağlı ayrı-ayrı aspektlər üzrə müəllimlər qarşısında vəzifə qoyulurdu: vətənpərvərlik tərbiyəsi, əmək tərbiyəsi, mənəvi tərbiyə, estetik tərbiyə və sair. Hazırda da kurikulum adlanan təhsil proqramında məsələ qoyulur ki, məktəbin vəzifəsi şəxsiyyətyönümlü vətəndaş hazırlamalıdır. Amma çox təəssüf ki, şəxsiyyətyönümlü vətəndaş necə olmalıdır, necə hazırlanmalıdır bunun kriteriyaları işlənməyib.
Bu mənada Abşeron rayonu xüsusi fərqlənir.Elə bir həftə yoxdur ki, mətbuat səhifələrində məktəblərdə bıçaqlanma, müəllimin şagirdi döyməsi hadisəsinə rast gəlinməsin. Amma bu məsələlər aşkar olunsa da, sosial şəbəkələrdə yayılsa da bununla bağlı məsuliyyətsizlik mövcuddur. Hələ eşitməmişik ki, baş verən belə bir faktla bağlı məktəb direktoru və ya müəllim işdən çıxarılsın, məsuliyyətə cəlb olunsun. Fakt öncə ört-basdır edilir, ona başqa don geyindirilir. Bir müddət sonra da məktəb direktoru, yaxud müəllim öz ərizəsi ilə işdən azad olunur. Yəni cəmiyyət nə hadisənin səbəbini bilir, nə günahkarı görür, nə də cəza tətbiqini.
Azerinfo.tv bildirir ki, son zamanlar Xırdalan Şəhər 10 saylı məktəbdən də şikayətlər çoxalıb.
Tədris ilin əvvəlində uşaqların məktəbə qəbulundan tutmuş sinif bölgüsünə qədər.
Məlumdur ki, rüşvətin direktor tərəfindən məktəbdə yığdırılması və ya yığılması birbaşa TN-nin tabeçiliyindədir. Çünki sentyabrda yığılan pullar "TARİFİKASİYA və ya ŞƏBƏKƏYƏ İSTƏYİRLƏR" adı altında müəllimlərdən yığılıb, direktor isə bundan istifadə edib, özünün YOL XƏRCİNİ qoyub .
Oktyabrda isə nazirliyin bunca xəbərdarlığına baxmayaraq “müəllimlər günündə” bütün siniflərdə 20-30 manat arası pul yığıldı.
Əgər hansı sinifdə pul yığılmayıbsa müəllimə direktor tərəfindən danlanıb. Bax beləcə müəlimlərlə valideynlər arasında narazılıq yaranır.


Direktor Elnarə Həsənovaya qazanc gətirən həm də texnilki işçilərin işə qəbulu və s işlərlə bağlıdır. Bu bütün məktəblərdə direktorlar tərəfindən qəbul edilmiş sxemdir. Yəni tutaq ki, məktəbə 10 xadimə lazım olur, onlardan realda cəmi 5-i işləyir. Qalan 5-nin adı yalnız kağız üzərində gedir. Onlara ayrılan mmaş kartları direktorda olur. Hər ay bu pulları rahatlıqla xərcləyir.
Ayrı bir məsələ davamiyyətdir. 10 saylı məktəbdə xüsusən yuxarı sinif şagirdlərinin davamiyyəti kafidir. Məktəbdə yox, özəl pedaqoq yanında ali məktəblərə hazırlaşan şagirdlər dərsə gəlmir. Və bunun üçün müəyyən məbləğ ödəyirlər. Hər ay üçün mütamadi olaraq ödəniş olur.
Bəzən yoxlama gələndə bu fakt üzə çıxmasın deyə aşağı sinif şagirdini dərsdə olmayan şagirdin yerində oturdublar ki, say düz gəlsin.
Bu və ya diğər faktlar baradə ətraflı araşdırmanı təqdim edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ