SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı şəhəri 214 saylı məktəbdə uşaqlar arasında bıçaqlanma hadisəsi baş verib?

Bakı şəhəri 214 saylı məktəbdə uşaqlar arasında bıçaqlanma hadisəsi baş verib?

Tarix:

24-04-2019, 13:51

/ 4 175 dəfə oxundu.
Bakı şəhəri 214 saylı məktəbdə uşaqlar arasında bıçaqlanma hadisəsi baş verib?

Oxucumuz tərəfindən göndərilən məktubu olduğu kimi dərc edirik.

Bakı şəhəri Nizami rayonu Vüqar Sadıqov adına 214 saylı məktəbin direktoru məktəbdə baş verən bıçaqlanma hadisəsini örtbas edir.

Bakı şəhəri 214 saylı məktəbdə uşaqlar arasında bıçaqlanma hadisəsi baş vermişdir.
Azərbaycan bölməsində oxuyan 10c sinif şagirdi Əsgərzadə Murad rus bölməsinin 11ç
sinif şagirdi İsazadə Sənanı dərs vaxtında məktəbin ayaq yolunda bıçaqlamışdır. İsazadə
Sənan ayaq nayihəsindən iki dəfə xəsarət almışdır. Məktəbin direktoru Ağayeva Esmira və
tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı məktəbdə baş vermiş cinayət hadisəsini
örtbas edirlər. Guya İsazadə Sənan məktəbin ayaq yolunda olarkən qırıq kafel ilə
zədələnmişdir. Hadisəni tam gizlətmək üçün Əsgərzadə Kənana bir müddət dərsə
gəlməməyi məsləhət də görmüşlər. Nə varki bu cinayətkar uşağın yaxın qohumları Daxili
İşlər Nazirliyində yüksək vəzifədədirlər. Bizi bir valideyn kimi narahat edən odur ki,
direktor və onun müavinin adlarına xələl gəlməməsi üçün bu tip cinayəti gizlətmələri və
yalan ifadələrlə cinayətkar uşağın cinayətsiz qalmasıdır. Ümumiyyətlə şagirdin məktəbə
bıçaq gətirməsi nə dərəcədə ağla sığandır. Bu o deməkdir ki məktəbdə həm məktəbin
direktoru Esmira Ağayeva həm də onun tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı
işlərinə səhlənkar yanaşırlar. Biz bir valideyn kimi tam əminik ki bu hadisədən heç Təhsil
Nazirliyin də xəbəri yoxdur. Əks təqdirdə məktəb Nazirlik tərəfindən yoxlama keçirilərdi
və hətta hüquq mühafizə orqanları tərəfindən istintaq işləri də aparılardı. Ümid edirik ki,
bu şikayətimizi işıqlandırarsanız Nazirlik tərəfindən ciddi tədbirlər görülər və
övladlarımız rahat və normal şəraitdə təhsil alar.

AnaXeber.info

Şərhlər

XƏBƏR LENTİ