SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şuşanı satanlar susur – Sabunçu RİH və “Qaçqınkom“ sorğuya cavab vermək istəmir -FOTOLAR

Şuşanı satanlar susur – Sabunçu RİH və “Qaçqınkom“ sorğuya cavab vermək istəmir -FOTOLAR

Tarix:

24-09-2019, 23:30

/ 1 652 dəfə oxundu.
Şuşanı satanlar susur – Sabunçu RİH və “Qaçqınkom“ sorğuya cavab vermək istəmir -FOTOLAR

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində boş ərazilərin satıldığı, yaşıllıqların qırılması və ticarət obyektlərinin tikilməsi barədə məlumat vermişdik. Təəssüflər olsun ki, 10 günə yaxındır Sabunçu rayon İcra Hakimiyyətinə və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə rəsmi sorğu verməmizə və tikintiyə icazənin hansı qurum tərəfindən verilməsinə aydınlıq gətirilməsinə çalışmağımıza baxmayaraq, bu müddət ərzində informasiya sorğumuza cavab verilməyib. Qanunla isə 7 iş günü ərzində İnformasiya sorğusuna cavab verilməlidir. Görünür, maraqlı qüvvələr elə İcra Hakimiyyəti və Qaçqınkomdur ki, vaxt uzadaraq tikintinin başa çatdırılmasına çalışırlar. Bildirək ki, ərazidə tikinti dayanmadan aparılır və bir neçə növbəli iş təşkil edilərək tez bir zamanda obyektlərin inşasını başa çatdırmağa çalışılır. Hətta Malıbəylı İnzibati Ərazi Nümayəndəliyinin ərazisində üzü Malıbəyli kənd orta məktəbinə tərəf olan tikili başa çatmaq üzrədir. Maraqlıdır ki, bu tikili qeyd etdiyimiz Ərazi Nümayəndəliyinin inzibati ərazisində aparılır və tikililərin qapısı yaşıllıq əraziyə tərəf qoyulub ki, bu zaman da ağacların kəsilməsinə gətirib çıxaracaq.

Qəsəbə ərazisində tikinti işləri təkcə Malıbəylı İnzibati Ərazi Nümayəndəliyinin ərazisində deyil. Eyni zamanda artıq tikintisi başa çatdırılmış Malıbəyli kənd orta məktəbinin girişində inşa edilmiş dönərxananın ərazisini, həmçinin marşrut avtobusunun yolu üzərində inşa edilmiş tikililəri də göstərə bilərik. Bütün bunların isə bir şəxs tərəfindən aparıldığı bildirilir. Həmin şəxsin kimliyi ilə bağlı məlumat əldə etmişik. Amma İnformasiya sorğusunun cavabını gözlədiyimizdən və digər araşdırmalarımız davam etdiyindən hələlik o şəxslə bağlı açıqlama vermirik.

Məsələ diqqətimizdə olduğundan çalışacağıq ki, sona kimi mövzunu işıqlandıraq. Bizi izləyin…

Kivnews.com






Şərhlər

XƏBƏR LENTİ