XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ev ala bilməyən məcburi köçkündən ŞOK MÜRACİƏT - "Heç vaxt istəmərəm ki..."

Ev ala bilməyən məcburi köçkündən ŞOK MÜRACİƏT - "Heç vaxt istəmərəm ki..."

Ev ala bilməyən məcburi köçkündən ŞOK MÜRACİƏT - "Heç vaxt istəmərəm ki..."
26-07-2017, 17:02

Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Adilə Həsənovanın problemi ilə bağlı sizləri məlumatlandırmışdıq. Kivnews.com olaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin 4 ünvanında yerləşən uçub-dağılmış Tikinti Mexanikləşdirmə İdarəsində (UMS Trest) müvəqqəti məskunlaşmış məcburi köçkünün dövlət qurumlarına etdiyi müraciətlərin cavabsız qalmasını vurğulamışdıq.

Qeyd edək ki, Adilə Həsənova 1993-cü ildən sökülüb-dağılmış idarə binanında məskunlaşıb. Çox aclınacaqlı durumda yaşayan məcburi köçkün Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində tikilmiş 50 mənzilli binadan mənzil istəyir. Elə dövlət qurumlarına etdiyi müraciətdə də bu xahişdə bulunur. Amma təəssüflər olsun ki, edilən müraciətlərə heç bir cavab verilmədiyindən məcburi köçkün intihar etmək qərarına gəlib. “Bu illər ərzində çox əziyyətlər çəkdim. Heç kim mənim şəraitimlə maraqlanmadı. Bina tikilib, hazır mənzillər var, məni evlə təmin etsinlər. İmkanı olan, şəhərdə bir neçə yerdə evi olanlara mənzil verməkdənsə, mənim kimilərinə mənzil verilməlidir. Artıq həyatdan bezmişəm. Ramana qəsəbəsi Şuşa şəhərciyində tikilən yeni 50 mənzilli binada məni evlə təmin etməsələr, o binanın qarşısında özümə od vurub yandıracam. Sonra rəsmi şəxslər deməsin ki, bizim Adilə Həsənovanın yaşayışından xəbərimiz olmayıb”.

Qeyd edək ki, Adilə Həsənova iddiasından əl kəkmək fikrində deyil. Bu vaxta kimi müraciətlər edən məcburi köçkün artıq dünən Azərbaycan Respublikasının Prezidentinə Teleqram ünvanlayıb. Böyük ümidlə cavab gözləyir: “Mən ölkəmizi, dövlətimizi çox sevirəm. Heç vaxt istəmərəm dövlətimizin adına ləkə gəlsin. Amma məcbur edirlər məni. Etdiyim müraciətlərlə bağlı bir nəfər zəng edib, yaxud məni harasa dəvət edərək dinləyən yoxdur. Belə olmaz artıq. Məni xoşagəlməz addım atmağa, intihara məcbur etməsinlər”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.