SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 20 ildir həllini tapmayan problem: “Zibildən konfet hazırlaya bilməzsiz”

20 ildir həllini tapmayan problem: “Zibildən konfet hazırlaya bilməzsiz”

Tarix:

24-09-2019, 12:45

/ 951 dəfə oxundu.
20 ildir həllini tapmayan problem: “Zibildən konfet hazırlaya bilməzsiz”

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda ali məktəb dərsliklərində böyük problemlərin olduğunu deyib. O bildirib ki, xüsusən riyaziyyat və təbiət elmləri sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.
Bəs Azərbaycanda yeni, təkmilləşdirilmiş ali məktəb dərslikləri niyə tərtib olunmur?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda kadr hazırılığının düzgün aparılmamasının əsas səbəblərindən biri elə bu dərslik problemidir:

“Bu gün ali məktəblərdə ən əsas problem dərslik problemidir. Təəssüf ki, özümüz də bu dəqiqə ciddi şəkildə bu dərsliklərdən sıxıntı çəkirik. Hər hansısa bir elmi-tədqiqat işi yazanda, problemi araşdıranda mənbə problemi yaşayırıq. Bu gün ölkəmizin ali təhsil müstəvisində ali təhsilli şəxslər üçün elmi əsərlər demək olar ki, yox dərəcəsindədir. Yalnız bəziləri kitablar çıxararaq, ali təhsil müəssisələrində məcburi satışlar həyata keçirirlər. Təsəvvür edin ki, biz artıq 15 ilə yaxındır ki, Boloniya sisteminə qoşulmuşuq. Bu sistemə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır. Problem orasındadır ki, bizdə dərslərə uyğun dərsliklər yoxdur və yaxud da olanlar köhnə dərsliklərdir. Mən 2003-cü ildə bakalavr pilləsində oxuduğum zamanlar hansı kitablardan istifadə etmişəmsə, tələbələrə indi də eyni kitablardan dərslər tədris olunur".

Ekspertin sözlərinə görə, artıq 20 ildir ki, ali məktəblərdə eyni kitablardan istifadə olunduğunu qeyd edib:

"Keçmiş SSRİ-də Pedaqoji Akademiya var idi. Onlar kitablar hazırlayır, hər il yeniləyirdilər. Sovetlər dağılandan sonra öz dərsliklərimizi yaratdıq. Dərslik yaratmaq təcrübəsi bizdə yox idi. Ona görə də ciddi problemlər yaşadıq. Amma bu belə olmamalıdır. Kitablar hər il yenilənməlidir, xüsusən də informasiya-texnologiyalarına aid kitablar. İnformasiya təhlükəsizliyi, komputer elmlərinə kadr hazırlayırlar. Amma özlərinin resurları, kitabları, vəsaitləri yoxdur. Bu gün kitabxanalara baxsanız, hamısı köhnə kitablardır. Burda bir gülünc vəziyyəti də Təhsil Nazirliyi yaradır. Təhsil Nazirliyi guya ali təhsil müəssisələrininin önünə qrif verir, amma içindən xəbəri yoxdur. Bu kitabların heç biri tələblərə cavab vermir. İxtisasçılar üçün Azərbaycan tarixi kitabı çap olunur, onu qeyri-ixtisasa da oxutdururlar. 20 ildir ki, eyni kitabları keçirik uşaqlara. Yəni bu 20 ildə yeni bir kəşf olmadımı?".

K.Əsədov dərslik probleminin həlli üçün təkliflərini də dilə gətirib:

"Birincisi, bunun üçün universitetin elmi işləri üzrə prorektoru yenilikçi şəxs olmalıdır. O, gənc və bu sahəni bilən insan olmalıdır ki, universitetin fakültələrində hansı dərsliklərdən dərs keçirildiyini araşdırsın. Çox uzaq getmirəm, Türkiyədə bizim universitetlərlə eyni ixtisaslar müqayisə edilməlidir ki, onlara nə keçirilir? Necə olur ki, bizim iqtisadiyyatımız rəqabətə davam gətirə bilmir, amma Türkiyədə bu var. Necə olur ki, Türkiyədə turizm sürətlə inkişaf edir, bizdə də eyni ixtisas olmasına baxmayaraq, irəliləyiş yoxdur, kadr hazırlaya bilmirlər. Siz kadrı nə ilə hazırlayırsız? Dərsliklə əlbəttə ki. Yenə deyirəm, mətbəxinizdə xammalınız yaxşıdırsa, ləvazimatınız yaxşıdırsa, yaxşı da məhsul ərsəyə gələcək. Əks təqdirdə zibildən konfet hazırlaya bilməzsiz".

Şərhlər

XƏBƏR LENTİ