Daha bir dərslik RÜSVAYÇILIĞI: İşğalda olan torpaqlar İRONİYA HƏDƏFİNDƏ - FOTOFAKT
Daha bir dərslikdə dərc olunan şeir ciddi tənqidlərə səbəb olub.
İkinci sinif "Azərbaycan dili" dərsliyində işğal altında olan torpaqlar ironiya hədəfinə çevrilib. Şeirin müəllifi olan Mürvət Qədimoğlu isə sosial şəbəkələrdə sərt şəkildə tənqid edilib.
Bu barədə danışan təhsil eksperti Kamran Əsədov dərsliklərin mətnindən narazı olduğunu və dərslik vəsaitlərinin hazırlanması üçün xüsusi bir mərkəzin yaradılmasına ehtiyac olduğunu bildirdi: "Dərsliklər hazırlanarkən milli və mənəvi dəyərlər qorunmalıdır. Söz xətrinə hansısa ifadələri dərsliyə gətirmək olmaz.
Təəssüflər olsun ki, dərslikləri qiymətləndirən ekspertlər, mütəxəssislər bəzən müəlliflərdən də aşağı səviyyədə bilik və bacarıqlara sahib olurlar.
Dərslik dövlətin strateji əhəmiyyətli sahəsidir. Dövlət bəzən öz idealogiyasını məhz dərsliklər vasitəsilə həyata keçirir.
Lakin bu gün etiraf edək ki, dərsliklər ciddi şəkildə nəzarətdən kənarda qalıb.
Kimlərsə öz nüfuzundan istifadə edərək və ya yaranmış boşluqdan yararlanıb şagirddə heç bir bilik və bacarıqlarının formalaşdırılmasına xidmət etməyən dərsliklər, vəsaitlər yazırlar.
Hesab edirəm ki, dərslik yazılması üçün ayrıca mərkəz yaradılmalıdır. Lakin dərsliklərin daha da inkişaf etdirilməsini, yaxşılaşmasını istəyiriksə, əvvəlki illərdə dərslik müəllifi olmuş şəxsləri heç bir halda o mərkəzə, işə cəlb etmək olmaz, lazım deyil. Çünki onların xoş olmayan təcrübəsindən azad olmaq lazımdır".
BİG.AZ


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?