Elmlər Akademiyası ləğv olunur? - “Dövlət başçısının gözləntilərini doğrultmur“
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması ilə bağlı təklif irəli sürüb: “Bu gün AMEA ölkə elminin inkişafına nə verir? Bu qurumun ləğv olunması günün tələbidir”.
Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Yenisabah.az-a danışarkən Elmlər Akademiyasının 2013-cü ildən böhran keçirdiyini qeyd edib:
“Bütövlükdə, Akademiyanın fəaliyyətsizliyi, eyni zamanda, milli elmin geri qalması ilə bağlı iddialar və ittihamlar çoxdan səslənir. AMEA 2013-cü ildən başlayaraq yanlış idarəetməyə görə görməli olduğu işlərdən xeyli uzaq düşüb. Çox təəssüf ki, dövlət başçısının Akademiyadan gözləntiləri özünü doğrultmayıb. Elmlər Akademiyasını “Alimlər Klubu” kimi saxlamaq və ya Təhsil Nazirliyinin idarəetməsinə vermək olar.
AMEA elmi və elmi-texniki siyasət həyata keçirən ali dövlət təşkilatıdır. Azərbaycan elminin lokomotivi rolunda çıxış etməli olan akademiya çox səmərəsiz fəaliyyət qurub. Elmimiz dünya elmi ilə müqayisədə çox-çox geri qalır. Burada yalnız akademiyanın ləğvi məsələsi gündəmdə deyil. Biz elmin idarə olunmasını mütləq şəkildə düşünməli və normal idarəetmə yaratmalıyıq.
Azərbaycanda Elm, Təhsil və Texnologiyalar Nazirliyinin yaradılması çox vacibdir. Elmin idarə olunması bütövlükdə universitetlərdə olmalıdır. Amma universitetlərin də böyük əksəriyyətində demək olar ki, elm yoxdur.
Dünya təcrübəsi isə göstərir ki, elm təhsildən ayrı ola bilməz. Bu gün Azərbaycanda elmə ayrılan vəsaitlər də qənaətbəxş deyil. Lakin bu vəsaitləri on dəfə artırsaq belə, yenə də səmərəsiz olacaq. Eyni zamanda elmi tədqiqatların effektivliyi ilə bağlı konkret nəticə əldə edə bilməyəcəyik. Çünki bütövlükdə sistem dəyişməlidir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək