SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tədris Terapevtik Klinikasının rəhbərinin Heydər Əliyev fondunun adından xəstə valideyinlərindən pul TƏLƏBİ - ŞİKAYƏT

Tədris Terapevtik Klinikasının rəhbərinin Heydər Əliyev fondunun adından xəstə valideyinlərindən pul TƏLƏBİ - ŞİKAYƏT

Tarix:

24-09-2019, 10:37

/ 787 dəfə oxundu.
Tədris Terapevtik Klinikasının rəhbərinin Heydər Əliyev fondunun adından xəstə valideyinlərindən pul TƏLƏBİ - ŞİKAYƏT

Tibb Universtetinin Tədris Terapevtik Klinikası ilə bağlı Nərgiz Xəlilova tərəfindən növbəti şikayət daxl olub. Həmin şikayətin mətnini olduğu kimi təqdim edirik:

"Tibb Universtetinin Tədris Terapevtik Klinikasında heç kimdən çəkinmdən Heydər Əliyev fondunu aldadaraq İctimaiyyət arasında nufuzdan salırlar. Fondun əməliyyat üçün göndərdiyi xəstələrin valideyinlərindən 2 min, 3 min AZN pul alırlar. Və fondun gördüyü xeyriyyəçi işlərə kölgə salırlar.

Terapevtik klnikanın direktoru Samir Allahverdiyev və uşaq kardioloqu Elnur İmanov tərəfindən fond aldadılaraq 3 min AZN ödənilməsi üçün, saxta sənədlər hazırlanaraq pul alınır.Klinikada olan özbaşnalığa görə Samir Allahverdiyevə yaxınlaşdıqda, buranın direktoru mənəm necə istəyirəm onuda edirəm deyir.

Uşaq kardioloqu Elnur İmanova böyüklər üçün açılmış Ürək Damar mərkəzinin şöbə müdrü səlahiyyəti verilmiş! O, da öz istədiyi kimi işçilərlə rəftar edir,onları təhqir edərək alçaldır. Samir Allahverdiyvə şikayət etdikdə isə O, həcidir sən ona şər yaxırsan deyir. Deyirəm ki, bir tədbir görməsəniz Birinci vitse prezident Mehriban Xanım Əliyevaya şikayət edəcəyəm dedikcə, kinayəli cavabla mənə deyir ki, get istəyirsən ABŞ prezidenti trampa de. Mehriban Xanımdan xahiş edirəm ki, Bizlərə olan təhqirə, fonda olan saxtakarlğa son qoysun, Heydər Əliyev fondu ciddi olaraq aldadılır.

Onuda qeyd edim ki, mənim dediklərimin təsdiq olunması üçün klinikanın kameralarının açılmasını sizdən xahiş edirəm."

GUNinfo.az

Şərhlər

XƏBƏR LENTİ