SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq: - MAAŞLAR KƏSİLİB

Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq: - MAAŞLAR KƏSİLİB

Tarix:

24-12-2018, 10:28

/ 4 924 dəfə oxundu.
Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq: - MAAŞLAR KƏSİLİB

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında narazılıq yaranıb.

Cebhe.info-ya adının çəkilməsini istəməyən klinika əməkdaşının verdiyi məlumata görə, direktor Samir Allahverdiyev xadimə və tibb bacılarına maaşdan əlavə ödənilən məbləği kəsib: “Cəmi 250-300 manat maaş alan bu işçilərin maaşının 50-100 manatı kəsilib. Bundan başqa bütün əməkdaşların da maaşı gecikdirilir”.

Şikayətçilər həmçinin bildirib ki, artıq klinikadan bir neçə həkim işdən gedəcəyini baş direktorun diqqətinə çatdırıb. Məlumata görə, bir qrup həkim direktorun yanına gedərək şikayət edib və noyabr ayının pulunun tam ödənilməsini istəyib. Ancaq məsələ həll edilməmiş qalıb.

Cebhe.info məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası ilə əlaqə saxlayıb.

Klinikanın qeydiyyat şöbəsinin əməkdaşı cavab üçün baş həkimə yönləndirsə də, baş həkim zənglərə cavab verməyib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə saytımıza bildirib ki, məsələ dəqiqləşdirdikdən sonra özü əlaqə saxlayacaq.

Şərhlər

XƏBƏR LENTİ