SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu şəxslər üç min manat cərimə olunacaq - Prezidentdən SƏRƏNCAM

Bu şəxslər üç min manat cərimə olunacaq - Prezidentdən SƏRƏNCAM

Tarix:

9-08-2019, 21:22

/ 916 dəfə oxundu.
Bu şəxslər üç min manat cərimə olunacaq - Prezidentdən SƏRƏNCAM

"Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasına görə yeni cərimə müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Beləliklə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Şərhlər

XƏBƏR LENTİ