SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu şəxslər 1000 manat cərimələnəcək – İlham Əliyev qanunu imzaladı

Bu şəxslər 1000 manat cərimələnəcək – İlham Əliyev qanunu imzaladı

Tarix:

23-06-2020, 19:40

/ 1 115 dəfə oxundu.
Bu şəxslər 1000 manat cərimələnəcək – İlham Əliyev qanunu imzaladı

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Şərhlər

XƏBƏR LENTİ