SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda bina sökülür, sakinlər narazıdır - Fotolar

Bakıda bina sökülür, sakinlər narazıdır - Fotolar

Tarix:

29-07-2019, 12:28

/ 904 dəfə oxundu.
Bakıda bina sökülür, sakinlər narazıdır - Fotolar

Bakının Yasamal rayon, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən yaşayış binası sökülür.

Bu barədə “haqqin.az”a binada yaşayan sakinlər müraciət edib.

Onların sözlərinə görə, binanın qəzalı vəziyyətdə olduğu bəhanə edilərək sakinlər təxliyyə edilib. Binanın sökülməsi prosesinə bütün sakinlər oranı tərk etməmişdən əvvəl başlanılıb. Nəticədə mənzillər yararsız hala düşüb, divarlarda dərin çatlar əmələ gəlib və bir dam qismən çöküb.

Bildirilib ki, Yasamal rayon İcra Hakimiyyətindən binanın sökülməsi üçün onlara heç bir sənəd təqdim edilməyib, həmçinin mənzillərin ərazisi ölçülməyib.

Sakinlər bir kvadratmetr üçün onlara təklif olunan 1500 manat dəyərində kompensasiyanın az olmasından da şikayətlənirlər. Bundan başqa, onlara avqustun 1-dən etibarən binanın elektrik, qaz və su təchizatının kəsiləcəyi barədə xəbərdarlıq edilib.

Bina sakini, poverliftinq üzrə respublika çempionu Aytən Mirəliyeva iddia edib ki, yerli sakinlər ikili standartlarla qarşılaşırlar. 20-yə yaxın ailəyə hər kvadrat metr üçün 3000 manat təzminat vəd edilib, qalanları isə1500 manat məbləğində kompensasiya ilə razılaşmağa məcbur olublar.

Qeyd edək ki, sözügedən bina 1890-cı ildə tikilib, 5 korpusdan ibarətdir. Burada 50-dən çox ailə məskunlaşıb ki, onların da yarısı məcburi köçkünlərdir.




Şərhlər

XƏBƏR LENTİ