SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş Nazirdən rəsmi qəzetlərlə bağlı qərara dəyişiklik

Baş Nazirdən rəsmi qəzetlərlə bağlı qərara dəyişiklik

Tarix:

25-07-2019, 09:37

/ 664 dəfə oxundu.
Baş Nazirdən rəsmi qəzetlərlə bağlı qərara dəyişiklik

Baş Nazir Novruz Məmmədov “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edib.

Qərara edilən “Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması”nda aşağıdakı dəyişiklik edilib.

“Hər bir nüsxənin həcmi (səhifə ilə)” sütununda “8” rəqəmləri (hər üç halda) “10” rəqəmləri ilə, “Qəzet kağızına illik tələbat (tonla)” sütununda isə “118”, “98” və “98” rəqəmləri müvafiq olaraq “148”, “123” və “123” rəqəmləri ilə əvəz olunub.

Şərhlər

XƏBƏR LENTİ