Dövlət Neft Fondunun xərcləri artırıldı - Prezidentdən FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sənəd Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə imzalanıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “12 384 088,2” və “11 589 910,3” rəqəmləri müvafiq olaraq “7 832 893,4” və “12 439 910,3” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə “10 563 404,5” rəqəmləri “6 646 940,7” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.2-ci bənddə “4 692,0” rəqəmləri “6 752,4” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.3-cü bənddə “19 380,0” rəqəmləri “21 080,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.4. 2.4-cü bənddə “1 031 271,7” rəqəmləri “390 342,9” rəqəmləri ilə əvəz edilsin;
1.2.5. 2.5-ci bənddə “765 340,0” rəqəmləri “767 777,4” rəqəmləri ilə əvəz edilsin;
1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “12 384 088,2” rəqəmləri “7 832 893,4” rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.2-ci bənddə “11 350 000,0” rəqəmləri “12 200 000,0” rəqəmləri ilə əvəz edilsin;
1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “11 589 910,3” rəqəmləri “12 439 910,3 ” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır