SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Neptun"dan alınan bulkadan şurup çıxıb – Foto

"Neptun"dan alınan bulkadan şurup çıxıb – Foto

Tarix:

10-07-2019, 14:49

/ 965 dəfə oxundu.
"Neptun"dan alınan bulkadan şurup çıxıb – Foto

Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.
"Yeni Sabah" xəbər verir ki, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib.

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır.

“Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir:

“Görüntülərdəki real bir şey deyil.Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", - supermarketdən bildirilib.
"Neptun"dan alınan bulkadan şurup çıxıb – Foto

Şərhlər

XƏBƏR LENTİ