Yanaraq kül olan NEPTUN SUPERMARKETLƏR şəbəkəsi də GENERALA aid imiş
Bakıda iyulun 12-də “Neptun” supermarketlərindən birində güclü yanğın baş verib. İnformasiya saytlarında yayılan məlumatda deyilirdi ki, yanğın “28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib. Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.
Hadisəyə səbəb kimi qısaqapanma göstərilib.
Yanğın olayı ilə bağlı redaksiyasına daxil olan məlumatda bildirilir ki, NEPTUN SUPERMARKETLƏR şəbəkəsi yanğın təhlükəsizliyi qaydalarına əməl etmir. Bu səbəbdən də məlum yanğın olayının fəsadları böyük olub. Fövqəladə Hallar Nazirliyinin tövsiyyələrinə baxmayaraq NEPTUN SUPERMARKETLƏR şəbəkəsinin rəhbərliyi nəinki yanğın təhlükəsizliyi qaydalarına, umumiyyətlə heç bir qanunvericilik normativlərinə riayyət eləmir. Səbəb isə məşhur mağazalar şəbəkəsinin yüksək çinli məmura məxsus olmasıdır. Məhz bu səbəbdən müvafiq dövlət qurumlarının heç biri NEPTUN SUPERMARKETLƏR şəbəkəsində yoxlama apara bilmir.
NEPTUN SUPERMARKETLƏR şəbəkəsi ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
AzToday.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək