SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıya yeni liftlər gətirildi

Bakıya yeni liftlər gətirildi

Tarix:

9-07-2019, 10:45

/ 723 dəfə oxundu.
Bakıya yeni liftlər gətirildi

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən daxil olan xəbərə görə, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.

Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. İlin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək.

Liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.

Həmçinin, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər də dəyişdiriləcək.
Bakıya yeni liftlər gətirildi
Bakıya yeni liftlər gətirildi

Şərhlər

XƏBƏR LENTİ