XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » 400 minə toy edən məmur Lerik xəstəxanasına necə “atıb”? – Sensasion iddialar

400 minə toy edən məmur Lerik xəstəxanasına necə “atıb”? – Sensasion iddialar

400 minə toy edən məmur Lerik xəstəxanasına necə “atıb”? – Sensasion iddialar
28-06-2017, 10:08

Qızına 400 minlik toy edən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbəri Qüdrət Şükürov haqda yeni xəbərlər yayılıb
Qüdrət Şükürova məxsus lift şirkəti Yunanıstan istehsalı olan liftlərin ölkəyə gətirilməsi işini həyata keçirir.
Yunanıstandakı lift istehsalçıları ilə konkret razılıq əsasında çalışan Q.Şükürov bu sahəni illərdir monopoliyada saxlayır.
Qüdrət Şükürov bu işi qardaşı Mətləb Şükürova həvalə edib. Oradan alınan ucuz liftlər Bakıda dövlət idarələrinə iki dəfə baha satılır. Təbii ki, bu təmir işini həyata keçirən şirkətin rəhbəri ilə razılaşma əsasında həyata keçirilir.
Sayt yazıb ki, köhnə liftlər rənglənərək təzə adı altında satılır. Belə bir hal bir müddət əvvəl baş verib. Amma bu işin üstü qısa müddətdən sonra açılıb.
Belə ki, Bakının Günəşli qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yarmçıq tikilidə quraşdırılan köhnə lift çıxarılaraq idarənin təmir bürosuna aparılıb.
Rənglənib, motor və müəyyən hissəsi dəyişdirilərək 160 min manata rəsmiləşdirilərək müqavilə əsasında Lerik rayon Mərkəzi Xəstəxanasına aparılıb və quraşdırılıb.
Bir neçə gündən sonra xəstəxanada təmir-tikinti işlərinə nəzarət edən məmurlardan biri liftə baxış keçirərkən Şükürovun bu əmləni bilib. Dərhal göstəriş verilib ki, lift dəyişdirilisin.
Q.Şükürovun bu əməlləri barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rəfail Mehralıyev məlumatlı olub.
Qüdrət Şükürovun rəhbərlik etdiyi idarə Sankt-Peterburqdan gətirilən və dəyəri 8 min manat olan lifti 54 min manata sənədləşdirib.
Həm də nəzərə alaq ki, həmin vaxt dolların kursu 0,78 manatdan hesablanırdı. Yəni 8 minlik bir liftin alınmasına 54 min manat pul silinib.
Qüdrət Şükürovun varidatının digər mənbəyi liftlərin quraşdırılması və montajı ilə bağlıdır. Belə ki, iş cədvəlində bir liftin montajı üçün 12400 manat yazıldığı halda, briqadir və fəhlələrə, sadəcə, 1440 manat pul ödənilib.
Briqadalara verilən rəqəmlər sonradan lap aşağı, 800 manat səviyyəsinə qədər salınıb. Yəni bir liftin quraşdırılmasından cənab Şükürov ən azı 11 min manat qabağa düşüb.
Nəticədə Bakı şəhərində dəyişdirilməsi planlanan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib. Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarılıb.
Bundan başqa, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır.
Bu təkcə bir ayda 175 min manat, ildə isə 2 milyon yüz min manat pul deməkdir. Lakin hər kəsə məlum olduğu kimi, həmin məbləğ nəinki liftlərin lazımi vəziyyətdə saxlanılması və təmiri üçün xərclənmir, hətta sakinlərdən heç bir əsas olmadan “lift pulu” adı altında əlavə ödəniş qəbul olunur.

bizimxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.