SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » KaTV müştərilərini aldadır? – Şikayət

KaTV müştərilərini aldadır? – Şikayət

Tarix:

2-07-2019, 21:10

/ 1 273 dəfə oxundu.
KaTV müştərilərini aldadır? – Şikayət

KaTV internet xidməti göstərdiyi istifadəçilərini aldadır.
Bu barədə Qaynarinfo-ya müraciət edən Bakı sakini bildirib.

Onun sözlərinə görə, vətəndaş internetdən istifadə edə bilmədiyi günün belə haqqını ödəməyə məcbur olunur. Məsələn siz ötən ayın 1-i ödəniş etmisiniz, bu ay isə ayın 7-i ödəniş etmisiniz. Növbəti ayda sizin internetiniz ayın 1-dən kəsilir. Arada qalan 6 gün kimin hesabına, niyə oturur bilinmir.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. KaTV-dən bildirdilər ki, sistem belədir: "Əgər pulun dəqiq hesablanmasını istəyirsinizsə, bu halda ancaq yarım aylıq ödəniş etməlisiniz. Yəni, ayın 13-ü də ödəniş etmiş olsanız, internetiniz növbəti ayın 1-də kəsiləcək".

Şərhlər

XƏBƏR LENTİ