SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İndiki şagirdlər valideynləri ilə kabab çəkir” – Təhsil eksperti

“İndiki şagirdlər valideynləri ilə kabab çəkir” – Təhsil eksperti

Tarix:

2-07-2019, 13:44

/ 908 dəfə oxundu.
“İndiki şagirdlər valideynləri ilə kabab çəkir” – Təhsil eksperti

Azərbaycanda dərs sessiyasının bitməsindən sonra yay tətilinə çıxan şagirdlərin səmərəli vaxt keçirməsi üçün demək olar ki, heç bir imkan yoxdur. Az saydakı yay düşərgələri isə xeyli baha qiymətə başa gəldiyi üçün şagirdlərin çox cüzi hissəsi bundan faydalana bilir.
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı “Yeni Sabah”a bildirib ki, məhz bu səbəbdən 30-35 il öncəsi ilə müqayisədə indiki şagirdlərin yaradıcılıq qabiliyyətləri geridədir:

“Təəssüflər olsun ki, Azərbaycanda şagirdlərin, eləcə də təhsilin digər pillələrində təhsil alanların asudə vaxtlarını səmərəli istifadə etmələrinə heç bir imkan yoxdur. Bundan 30-35 il öncə, sovetlər dövründə istər məktəbəqədər təhsil müəssisələrində, istər orta məktəb təhsil müəssisələrində, istərsə də ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan şəxslər yay tətili müddətində müəyyən pioner yay düşərgələrinə və bu tipli müxtəlif müəssisələrə gedərdilər. Burada onlar məktəb dövründə əldə etdikləri bacarıqları və imkanları tətbiq edirdilər. Hazırda bu tipli müəssisələr özəlləşdiyi üçün şagirdlər bu imkanlardan məhrumdurlar. O dövrün şagirdlərinin yaradıcılıq qabiliyyətləri indiki şagirdlərə nisbətən daha üstün olub. Bizim uşaqlarımız təhsil müddətini başa vurduqdan sonra ya kəndə nənə-babalarının yanına gedirlər, ya da valideynləri ilə hansısa istirahət mərkəzlərinə gedib kabab çəkirlər, öz yaşlarına və psixologiyalarına uyğun mərkəzlərdə cəmləşmirlər. Bir sözlə, öz yaşlarına uyğun olmayan əyləncələrin şahidi olurlar. Bu da şagirdlər arasında neqativ hallar və sərt münasibətlər formalaşdırır".

Ekspert deyir ki, Azərbaycanın 70-dən çox rayonunda maraqlə düşərgələr təşkil etmək olar:

"51 təhsil müəssisəsində 164 min şagird təhsil alır. Bu şagirdlər üçün müxtəlif yay düşərgələri təşkil olunmalıdır. Şagirdlər dərs sessiyası bitdikdən sonra bu müəssisələrdə səmərəli vaxt keçirməlidirlər, müxtəlif faydalı oyunlar oynamalıdırlar. Azərbaycanın 70-dən çox rayonunda bu düşərgələri təşkil etmək, eyni yaş kategoriyasına, eyni yaş psixologiyasına aid şagirdləri bir yerə cəmləşdirmək olar. Burada şagirdlərin yalnızca qidalanması, istirahət etməsi ilə yanaşı, onlara müxtəlif vərdişlərin, eləcə də dil vərdişlərinin aşılanmasını təmin etmək olar. Təəssüf olsun ki, biz belə düşərgələr təmin edə bilmirik və beləliklə şagirdlər arasında mənfi aqressiv hallar artmaqda davam edir”.

Şərhlər

XƏBƏR LENTİ