SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DİN-in şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

DİN-in şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Tarix:

2-07-2019, 10:20

/ 810 dəfə oxundu.
DİN-in şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Daxili işlər naziri Vilayət Eyvazov, DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları 2 iyul - Polis Günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.

Onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.



Daha sonra Şəhidlər xiyabanı da ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə çiçək dəstələri düzülüb.

Şərhlər

XƏBƏR LENTİ