XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
13-01-2021, 14:44

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri yanvarın 13-də Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ulu öndərin məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

Akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn ICESCO-nun Baş direktoru və nümayəndə heyətinin üzvləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qəhrəman Vətən övladlarını xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.