SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Lənkəran Dövlət Universitetində 7 tələbənin halı pisləşib - Siyahı

Lənkəran Dövlət Universitetində 7 tələbənin halı pisləşib - Siyahı

Tarix:

24-06-2019, 16:56

/ 870 dəfə oxundu.
Lənkəran Dövlət Universitetində 7 tələbənin halı pisləşib - Siyahı

Lənkəran Dövlət Universitetində halı pisləşən 7 nəfər tələbənin şəxsiyyəti məlum olub

"Report"un Cənub Mərkəzi xəbər verir ki, ilkin ehtimala görə, tələbələri gün vurub.

Halı pisləşən tələbələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

1. Kərimli Ulduz Elçin qızı, 2000-ci il təvəllüdlü, Yardımlı

2. Əzizova Qumral Cahangir qızı, 1999-cu il təvəllüdlü, İmişli

3. Rzazadə Ləman Səfər qızı, 2000-ci il təvəllüdlü, Biləsuvar

4. Cəlilova Ədilə Şamil qızı, 1998-ci il təvəllüdlü, Şabran

5. Nəzərova İlahə Namik qızı, 1997-ci il təvəllüdlü, Bakı

6. İbrahimova Aygün Fizuli qızı, 1999-cu il təvəllüdlü, Cəlilabad

7. Ağazadə Ülviyyə Mübariz qızı, 1998-ci il təvəllüdlü, Bərdə

Son məlumata görə, digər tələbələrin də vəziyyəti stabilləşib.

***

Lənkəran rayonunda 7 tələbənin imtahanda halı pisləşib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası zamanı qeydə alınıb.

Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib.

LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov "Report"un yerli bürosuna bildirib ki, ali təhsil müəssisəsindən halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb: "Digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb".

Qeyd edək ki, daha 3 tələbə isə xəstəxanaya özləri müraciət ediblər.

Şərhlər

XƏBƏR LENTİ