Nərimanovda yaradıcılıq müsabiqəsi keçirilib
Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin daha bir seçim turu keçirilib.
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihənin daha bir seçim turu keçirilib.
Seçim turunda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin nümayəndəsi Rəşad Bayramov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Nurlan Hüseynov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 nəfər fəal yeniyetmə və gənc iştirak diblər.
"Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin nümayəndəsi Rəşad Bayramov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır.
Tədbirin rəsmi hissəsindən sonra layihənin seçim turuna start verilib. Seçim turunda Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, 34 saylı məktəbin və Məktəb-Lisey Kompleksin şagirdləri bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirdilər. Layihədə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri iştirak ediblər.
Qeyd edək ki, artıq 4 seçim turu “Bakı Avrasiya” Universitetində, 291 saylı “Ekologiya” liseyində, “Odlar Yurdu” Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilib. Ümumiyyətlə layihə müddətində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konsert təşkil ediləcək.![]()
![]()

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var