ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yaxın günlərdə Azərbaycanda isti, quraq və küləkli hava şəraiti davam edəcək ki, bu da meşələrdə və digər təbiət ərazilərində yanğın riskini artırır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Bildirilib ki, meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur.
Qeyd olunub ki, yanğından zərər çəkmiş ekosistemlərin bərpası uzun illər çəkə bilər.
Nazirlik vətəndaşlara meşələrdə və meşəətrafı ərazilərdə ocaq qalamamağı, söndürülməmiş siqaret kötüklərini təbiətə atmamağı, quru ot, kol-kos və məişət tullantılarını yandırmamağı, yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə saxlamamağı tövsiyə edib.
Vətəndaşlardan tüstü və ya yanğın əlaməti müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat vermələri xahiş olunub.
ETSN bəyan edib ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə, eləcə də təbiətə uzunmüddətli zərərin dəyməsinə səbəb ola bilər və əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var