"Pozuntuların olması normaldır" - Sahil Babayev
"Dövlət büdcəsindən qanunsuz xərclənmiş vəsaitin təkrar büdcəyə bərpası təmin olunur".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, sosial sahədə şəffaflığın təmin olunmasına dair işlər mütəmadi davam edəcəkdir: "Meydana çıxan pozuntularla bağlı ən sərt tədbirlər görülür. Təkcə ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib. Digər sosial sahələrdə isə son bir ildə 8 milyona yaxın vəsait dövlət büdcəsinə bərpa edilib. Pozuntuların olması normaldır. Çünki aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada qəsdən və ya texniki əhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə onlara hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilir. Əsas məsələ qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir".
O əlavə edib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır: "Biz burada həm beynəlxalq təşkilatları, həm xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq.
Bu planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Özəl pensiya fondlarının fəaliyyətlərinə bu gün qanunvericilikdə qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi, tətbiq olunma dairəsi, hüquqi-maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müafiq normativlər hazırlanacaq".

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var