SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fazil Məmmədovun şirkətində istefa...

Fazil Məmmədovun şirkətində istefa...

Tarix:

9-05-2019, 11:12

/ 865 dəfə oxundu.
Fazil Məmmədovun şirkətində istefa...

Keçmiş Vergilər naziri Fazil Məmmədovun şirkətlərində paroblemlər davam edir.

“Yeni Sabah” xəbər verir ki, AtaBank-dakı problemlər mediada yayıldıqdan sonra indi də AtaSığorta-da da analoji proseslər baş verməkdədir.

“Qafqazinfo”nun yaydığı xəbərə görə, “Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev işdən çıxıb. 2012-ci ildən İdarə Heyətinin sədri postunu tutan M. Əliyevin yerinə hələlik təyinat yoxdur. Onun hansı səbəbdən öz vəzifəsindən istefa verdiyi də məlum deyil.

Xarırladaq ki, bir neçə gün əvvəl F. Məmmədova məxsus olan AtaBankla bağlı yayılan xəbərlərdə bildirilirdi ki, onun bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyev bankı iflas həddinə çatdırıblar. Sabiq nazirin xəstəxanada müalicə olunmasından istifadə edən qohumların hətta bankın rəhbərliyini ələ keçirdiyi də bildirilirdi. Xəbərdə qeyd olunurdu ki, F. Məmmədov şirkətin idarəçiliyinə qayıtdıqdan sonra qohumlar arasında qarşıdurma başlayıb.

Şərhlər

XƏBƏR LENTİ