Fazil Məmmədovun bacısı oğlu "AtaBank" ASC-nin rəhbərliyindən uzaqlaşdırılır? - İDDİA
Sabiq Vergilər naziri Fazil Məmmədovun daha bir qohumu vəzifəsi ilə vidalaşmaq ərəfəsindədir.
Qlobal.az-ın əldə etdiyi informasiyaya görə, "AtaBank" ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyevin yaxın günlərdə bankın səhmdarlarının keçirəcəyi növbədənkənar iclasda vəzifəsindən azad olunması məsələsi gündəliyə çıxarılacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Dəyanət Quliyevin atası Namiq Quliyev də vəzifəsindən azad edildi.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.
2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev də olub. Yerli mediada yazılanlara görə, uzun illər nəzarət-kassa aparatlarını ölkəyə Fazil Məmmədovun bacısı oğlu, hazırda "AtaBank" ASC-nin İdarə heyətinin sədri vəzifəsində çalışan Dəyanət Quliyevin sahib olduğu "CASPEL” MMC gətirib. Zorla və baha qiymətə sahibkarlara satılan nəzarət-kassa aparatlarından ümumilikdə 100 milyon manata qədər qazanc əldə edildiyi deyilir.
Qeyd edək ki, Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən "AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
"AtaBank" ASC-dən xəbərə münasibət bildirmədilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...