“AtaBank”da qalmaqal davam edir: Fazil Məmmədov hərəkətə keçdi
Sabiq nazir İdarə Heyəti üzvünün nəzarətindəki işlərin təftiş edilməsinə göstəriş verib
Sabiq vergilər naziri Fazil Məmmədova məxsus “AtaBank”-ın sədri Dəyanət Quliyevlə İdarə Heyətinin üzvü Etibar Babaşlı arasında baş verən narazılıqla bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, sabiq nazirin nəzarətində olduğu və rəhbərliyində bacısı oğlunun dayandığı “AtaBank”da sədrlə İdarə Heyətinin üzvü üz-üzə gəlib. Belə ki, sədrlə müavinin üz-üzə gəlməsinin isə əsas səbəblərdən biri yaxın aylarda AtaBank-ın Fazil Məmmədovdan alınması ilə bağlı olduğu izah edilir. Məlumatda qeyd edilirdi ki, bankın idarə heyətinin üzvü Etibar Babaşlıya “AtaBank”-da Fazil Məmmədova bağlı şəxslərin siyahısının tutulması tapşırılıb. Həmçinin Etibar Babaşlıya özünün komandasını yaratması təlimatı verildiyi iddia edilirdi. Məlumatda Etibar Babaşlıya verilən bu tapşırıqdan Fazil Məmmədovun komandasının xəbər tutduğu və buna görədə Dəyanət Quliyev İdarə heyətinin üzvü ilə ilə görüşərək ondan istefa ərizəsi yazmağı tələb edib. Ancaq Etibar Babaşlı sədrin ona etdiyi təklifdən imtina edərək işinin başında qalacağını bildirib.
“AtaBank”dakı etibarlı mənbənin verdiyi məlumata görə, Dəyanət Quliyev Etibar Babaşlı qarşıdurmasının mətbuatda işıqlandırılmasından sonra İdarə Heyəti üzvünün bankdakı bütün işləri təftiş edilməyə başlayıb. İddiaya görə Etibar Babaşlının işlərinin yoxlanılması tapşırığını Dəyanət Quliyevə şəxsən sabiq nazir verib.
Mənbəmiz Etibar Babaşlının ən yaxın adamlarının adına bankdan iri məbləğdə kreditlər götürərək özünə böyük biznes sahəsi yaratdığını deyir. Bu biznes sahələrindən biri də Etibar Babaşlının bankın keçmiş işçisi, dostu Elnur Osmanovla şərikli reklam şirkətidir. Bankın reklamlarının məhz bu şirkətdə hazırladığı və bu əməliyyatlardan E.Babaşlı ilə Elnur Osmanovun hər il külli miqdarda qazanc əldə etdikləri deyilir.
“AtaBank”da E.Babaşlının həyata keçirtdiyi bir neçə maliyyə tarnşları ilə bağlı göndərilən məlumatları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcək.
Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Tendensiya.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...