SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cari ilin ilk rübündə 22,7 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib

Cari ilin ilk rübündə 22,7 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib

Tarix:

9-04-2019, 14:45

/ 758 dəfə oxundu.
Cari ilin ilk rübündə 22,7 mindən çox gəncə  peşəyönümü məsləhətləri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən orta ümumtəhsil məktəblərində gənclər üçün peşəyönümü tədbirləri davam etdirilir.
Cari ilin birinci rübündə keçirilən bu tədbirlər zamanı 22 min 735 gəncə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Müsahibə və testlər keçirilməklə, onların müxtəlif peşə və ixtisas sahələri üzrə maraq və bacarıqları müəyyən edilib. Bu əsasda, habelə əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə gənclərə məsləhət xidmətləri göstərilib.
Həmçinin onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri haqqında məlumatlandırılıb.
Gənclərin düzgün peşə seçiminə və bununla da gələcəkdə əmək bazarına daha asan çıxışına dəstək məqsədi daşıyan belə tədbirlərin il ərzində 65 şəhər və rayondakı məktəblərdə keçirilməsi planlaşdırılır.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Cari ilin ilk rübündə 22,7 mindən çox gəncə  peşəyönümü məsləhətləri verilib
Cari ilin ilk rübündə 22,7 mindən çox gəncə  peşəyönümü məsləhətləri verilib

Şərhlər

XƏBƏR LENTİ