Yanvar-may aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,3 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib
Özünüməşğulluq proqramı üzrə zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə 2500-dən çox şəxs təlim kurslarına cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olmaqla, 35342 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.
Aztəminatlı ailələrin kiçik biznesini qurmaqla yoxsulluqdan çıxışına imkan verən və əmək bazarında təsirli rol oynayan özünüməşğulluq proqramının 2018-ci ildə əhatə edəcəyi ailələrin sayının artırılaraq 7 min nəfərə çatdırılması nəzərdə tutulur. Onlardan artıq 2500-dən çoxu kiçik biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb ediliblər və bu proses hazırda da davam etdirilir. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları müsbət qiymətləndirilən şəxslər özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar.
Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 326 nəfər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə göndərilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün, son 5 ayda Xidmət tərəfindən 1317 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 80 nəfər gənc peşə hazırlığına cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları isə qısamüddətli iş üçün müraciət edən 1162 nəfərin belə işlərlə təminatını həyata keçirib.
Qeyd olunan dövrdə peşəyönümü tədbirlər də davam etdirilib və 63,2 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək